“Stalinin ölümü”nə görə kinoteatra xəbərdarlıq olundu

Pioner kinoteatrında filmə bilet satılır

Rusiyanın Mədəniyyət Nazirliyi ölkədəki kinoteatrlara xəbərdarlıq edib ki, “Stalinin ölümü” Britaniya komediyasının nümayişinə davam etsələr, onlarla bağlı hüquqi addımlar atılacaq.

Nazirlik bu bəyanatı yanvarın 25-də verib. Bundan öncə Moskvadakı Pioner incəsənət evindəki kinoteatr hökumətin qadağasına baxmayaraq filmi göstərib.

Bir filmin lisenziyanın nümayişi 100 min rubl (1800 dollar) cərimə deməkdir. Qayda ikinci dəfə pozularsa, kinoteatr qapadıla bilər.

Nazirlik yanvarın 23-də elan edib ki, şotlandiyalı yazar və rejissor Armando Iannucci-nin filminin Rusiya kinoteatrlarında nümayişinə icazəni geri götürür. Filmin Britaniyada premyerası oktyabrda olub.

Bu qərar tanınmış mühafizəkar fiqurların çağırışlarından sonra verilib. Kinorejissor Nikita Mikhalkov da daxil olmaqla, onlar filmin Rusiyada göstərilməsinə qarşı çıxıblar.

*** Buna da bax: Rusiya ‘Stalinin ölümü’ filmini qadağan edir

“TƏHQİRAMİZ RİŞXƏND”

Mədəniyyət Nazirliyi sentyabrda xəbərdarlıq etmişdi ki, Iannucci-nin “qara komediyası” qadağan oluna bilər. Kommunist Partiyasından deputatlar filmi Qərbin “psixoloji müharibəsi” kimi dəyərləndiriblər.

Yaşlı nəslin təmsilçiləri, – həm təkcə onlar deyil, – bunu sovet dövrünün təhqiramiz rişxəndi sayacaqlar. Bu, faşizmə qalib gəlmiş ölkənin, sıravi adamların, hətta ən pisi, stalinizmin qurbanlarının ələ salınmasıdır”, – mədəniyyət naziri Vladimir Medinsky yanvarın 25-də yaydığı bəyanatda deyib.

Bu satirik filmdə 1953-cü ilin martında diktator Josef Stalin-in ölümündən sonra Sovet İttifaqında hakimiyyət savaşından söz açılır.

Filmi sevdim. Heç vaxt keçmiş hökumət başçılarını bu cür təsvirini görəcəyini gözləməzdim”, – “Reuters” 80 yaşlı keçmiş müəllimə Dina Voronova-ya istinadla yazıb. O, Stalin-in cəsədini onun dəfni zamanı açıq tabutda gördüyünü yada salır.

*** Buna da bax: FSB rəhbəri repressiyalara haqq qazandırır: 'SSRİ-yə hücum planları var idi'

Kremlin tənqidçilərinin fikrincə, hakimiyyət yumorlu yanaşmanı önlədikcə, Rusiya heç vaxt keçmiş problemlərinlə, özəlliklə də Stalin dövründə törədilmiş cinayətlərlə ciddi üzülüşə bilməyəcək.

Kremlin sözçüsü Dmitry Peskov deyib ki, filmin qadağan olunması senzura demək deyil.

Bunun senzura olması fikriylə razı deyilik”, – o deyib.