Birləşmiş Ştatlar yanvarın 25-də Rusiyaya çağırış edib ki, Birmaya qırıcı təyyarələr verilməsiylə bağlı razılaşmanı yenidən nəzərdən keçirsin.
Cənubşərqi Asiyada yerləşən Birmada (Myanma) etnik konfliktdən dolayı sabitsizlik yaranıb.
Rusiyanın Müdafiə Nazirliyi bu həftənin əvvəlində bildirib ki, Birmaya altı ədəd Sukhoi SU-30 təyyarəsi satacaq. Bu barədə Rusiya mediası xəbər yayıb.
ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert-in yanvarın 25-də brifinqdə deyib:
“Təsdiqlənərsə, bu məlumatlar Rusiyanın insan haqlarını pozan orduları silahlandırmağa davam etdiyini bir daha yada salır. Rusiya Federasiyası bir tərəfdən deyir ki, Birmadakı münaqişənin həllindən ötrü konstruktiv dialoq tərəfdarıdır. Amma qabaqcıl hərbi texnologiyanın satışı barədə məlumatlar təsdiqlənsə, onun əksini göstərər”.