Fevralın 27-si su çərşənbəsidir

Bakıda su çərşənbəsi. 2017

Fevralın 27-də Azərbaycanda ilk çərşənbə, su çərşənbəsi qeyd olunacaq.

Bu haqda «Turan» agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildiriblər.

Rəsədxanadan bildirildiyinə görə, martın 6-da od, martın 13-də isə yel çərşənbəsi qeyd olunacaq. Axırıncı çərşənbə - torpaq çərşənbəsi isə baharın gəlişi gününə - martın 20-nə təsadüf edəcək.

Bu il yaz Azərbaycana martın 20-də saat 20:15-də daxil olacaq.

Çərşənbələr, bir qayda olaraq, baharın gəlişindən əvvəlki 4 həftədə qeyd edilir. Baharın gəlişi təqvimindən asılı olaraq çərşənbələr də dəyişir.