Yanvarın 27-də Əfqanıstanın paytaxtı Kabildə törədilən hücumda 100-ə yaxın adam ölüb, 160-a yaxın adam isə yaralanıb.
Azadlıq Radiosunun polis rəisinin müavini Haqnawaz Haqyar-a istinadla verdiyi məlumata görə, hökumət binaları,xarici səfirliklər və mağazaların yerləşdiyi “Sadarat” meydanında partlayıcı dolu maşın partladılıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
Hücuma görə cavabdehliyi Taliban üzərinə götürüb.
Daxili işlər nazirliyinin məlumatına görə, intiharçı nəzarət-buraxılış məntəqəsini keçmək üçün təcili yardım maşınından istifadə edib.
Həmçinin yanvarın 27-də Helmand əyalətində təhlükəsizlik qüvvələrinə edilmiş hücumda azı 6 nəfərin yanaralandığı bildirilir.
Yerli qubernatorun sözçüsü Omar Zwak deyir ki, hücum edən buraxılış-nəzarət məntəqisini kemək istəyərkən təhlükəsizlik qüvvələri onun terrorçu olduğunu bilib və ona atəş açıblar, amma o, partlayıcını işə sala bilib.
Bu hücuma görə də cavabdehliyi Taliban üzərinə götürüb.
Bundan bir həftə əvvəl Kabildəki “İnterkontinental” hotelinə edilmiş hücumda azı 25 nəfər ölüb.