Papa Francis Romadakı Ukrayna yunan-katolik məbədinə baş çəkib, sovet hakimiyyəti dövründə Ukraynada inancına görə həlak olmuş katoliklərin ruhunu yad edib.
Yanvarın 28-də Müqəddəs Sofiya məbədinə ziyarət zamanı papa dindarlara deyib ki, “müharibə və iqtisadi çətinliklər içində olan” ölkələri sarıdan narahatlıqlarını anlayır. O, Ukraynanın şərqindəki münaqişənin tezliklə sona çatmasından ötrü dua edib.
2014-cü ilin aprelindən Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında münaqişədə 10 min 300-dən çox adam ölüb.
“Ona görə buraya gəlmişəm ki, sizə yaxın olduğumu söyləyim: ürəyimlə, duamla sizə yaxınam. Hər kəsin qəlbində ümidin ölməməsi üçün dua edirəm”, - papa deyib.