“Makedoniya” adına görə danışıqlar olacaq

Matthew Nimetz

Yanvarın 29-da BMT vasitəçisi Yunanıstana gedərək keçmiş Yuqoslaviya respublikası olan Makedoniyanın adıyla bağlı 27 ildir davam edən mübahisənin həlli yollarını müzakirə edəcək.

BMT-nin məsələ üzrə elçisinin Matthew Nimetz sonrakı iki günü Makedoniyada keçirəcəyi gözlənir.

Yunanıstanın Makedoniya 1991-ci ildə müstəqillik qazanandan bu adın istifadəsinə qarşı çıxaraq onun Avropa Birliyi və NATO-ya qoşulmasını əngəlləyir.

Afina bildirir ki, Makedoniya adından istifadə Skopyenin Yunanıstanın şimalındakı Makedoniya regionuna ərazi iddiasını ortaya qoyur.

Hər iki ölkə rəsmiləri mübahisəni bu il həll etmək istədiklərini bildiriblər, müzakirələri intensivləşdirməyə razılaşıblar.