Məzənnə yenə dəyişmədi

Dollar

Yanvarın 30-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

Mərkəzi Bankın yaydığı xəbərə görə, hərracda manatın ortaçəkili məzənnəsi 1.7001 səviyyəsində formalaşıb.

Bu gün, yanvarın 30-da da elə rəsmi məzənnəyə görə, 1 dollar 1.7001 manata bərabər olmuşdu.

Son aylarda keçirilən hərraclarda, bir qayda olaraq, məzənnə dəyişməz qalır.

Amma ötən il manatın dollara nisbətən 4 faiz bahalaşdığı bildirilir.

Ekspertlər hesab edirlər ki, bu, Mərkəzi Bankın elan etdiyi «üzən məzənnə» rejiminə uyğun deyil. Onların fikrincə, manata inzibati müdaxilə var.