Quantanamo həbsxanası qapadılmayacaq

Quantanamo həbsxanası

ABŞ prezidenti Donald Trump deyir ki, Kubada Birləşmiş Ştatlara məxsus, yüksək səviyyədə qorunan Quantanamo həbsxanasının qapadılmamasıyla bağlı fərman imzalayıb.

Trump bunu yanvarın 30-da ABŞ Konqresində ilk illik müraciətində bildirib.

Keçmişdə axmaqcasına yüzlərlə təhlükəli terrorçunu azad etmişik, sonradan onlarla, İŞİD lideri al-Baghdadi də daxil olmaqla, döyüşdə qarşılaşmışıq”, – Trump söyləyib.

İndicə fərman imzalayaraq müdafiə naziri Mattis-ə hərbi saxlanma siyasətimizə yenidən baxmaq, Quantanamodakı həbsxananı açıq saxlamaq göstərişi vermişəm”, – prezident vurğulayıb.

HAZIRDA BU HƏBSXANADA 41 NƏFƏR SAXLANIR

Trump-ın sələfi Barack Obama bu ziddiyyətlə məkanın qapadılmasına qərar vermişdi.

Quantanamo həbsxanasını 2001-ci il 11 sentyabr terrorundan sonra prezident George W. Bush açıb, şübhəli düşmən yaraqlılar burda saxlanırdı.

*** Buna da bax: Donald Trump Konqresdə ilk illik müraciət nitqini edib

2003-cü ildə bu həbsxanada 680 nəfər olub.

Bush 2009-cu ildə prezidentlikdən getməmişdən öncə 500 nəfərin transferinə qərar verdi. Hazırda həbsxanada 41 nəfər saxlanır.

Obama buranın qapadılmasına 2009-cu ildə qərar versə də, ABŞ Konqresində bu addıma qarşı çıxanlar olduğundan hələ də açıqdır.

Quantanamoda saxlananlardan biri 11 sentyabr terrorunun arxasında durduğu iddia edilən Khalid Sheikh Mohammed-dir. O, 2006-cı ildən Quantanamodadır.

2016-cı ildə prezident seçkisi kampaniyası zamanı Trump həbsxananı saxlayacağını vəd edirdi, deyirdi ki, “buranı pis adamlarla dolduracağıq, inanın mənə, buranı dolduracağıq”.