Jurnalistin evində axtarış aparılıb

Pavel Nikulin

Moskvada polis müstəqil jurnalistin evində axtarış aparıb. Ötən ay həmin jurnalist Suriyada islamçı yaraqlılara qoşulmuş rusiyalı barədə məqaləsinə görə dövlət tərəfindən tənqid olunmuşdu.

Polis Pavel Nikulin-ə deyib ki, yanvarın 31-də onun mənzilində axtarış aparılmasına səbəb onun terrorçuların təlimiylə bağlı şübhələrin araşdırıldığı bir işdə şahiddir. Məlumatı Açıq Rusiya qeyri-hökumət təşkilatının vəkili yayıb.

Vəkil Roman Klimov-un deməsinə görə, polis Nikulin-in elektron cihazlarını, onun redaktoru oldu “Moloko Plus” jurnalının nüsxələrini, jurnalın loqosu olan qısaqol köynəkləri müsadirə edib.

Nikulin daha öncə Twitter-də yazıb ki, polis onun “The New Times” dərgisindəki məqaləsiylə əlaqədar evində axtarışa gəlib.

Ötən ilin iyununda Moskvada məhkəmə “The New Times”ı Nikulin-in məqaləsinə görə cərimələyib. Həmin məqalədə Kaluqa şəhərindən bir gənc rusun islam dinini qəbul etməsində, Suriyada islamçı yaraqlılara qoşulmasından söz açılırdı. Məqalədə “terrorçuluğun əsaslandırılması”nın elementlərinin olduğu bildirilib.

Dərginin redaktoru Yevgeniya Albats isə bu xəbərdarlığı “klassik senzura” adlandırıb.