Ay tutulur...

Ay tutulması

Bir müddət öncə, yanvarın 30-da saat 15:48-dən etibarən bu ilin ilk Ay tutulması hadisəsi başlayıb.

Bu haqda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov bildirib.

X.Mikayılov deyib ki, Ay tutulması Bakı vaxtı ilə saat 15:48-də başlayıb. Tutulma saat 17:29-da maksimum səviyyədə olacaq. Saat 19:11-də isə başa çatacaq.

X.Mikayılov əlavə edib ki, Azərbaycanda saat 18:00-dan etibarən Ay doğduqda görünməyə başlayacaq. Həmin andan Ayın səthi aşağı hissədən yavaş-yavaş açılacaq.