Rohani deyir, liderlər xalqı eşitməlidirlər

Hassan Rohani (solda) mavzoleydə

Prezident Hassan Rohani deyir ki, İran xalqı xarici təzyiqə baxmayaraq, dini isteblişmenti dəstəkləməkdədir. Amma o, təkidlə bildirib ki, ölkə liderləri də bu yaxınlarda küçələrə çıxmış etirazçıları dinləməlidirlər.

Rohani yanvarın 31-də danışıb. Ondan bir neçə saat öncə ABŞ prezidenti Donald Trump deyib ki, ölkəsi İran xalqının “korrupsioner diktatura”ya qarşı mübarizəsində onun yanındadır.

İran xalqı heç vaxt İmam Khomeini-nin irsindən əl çəkməyəcək – islamçılıq və respublikaçılıq. Dönüş qeyri-mümkündür”, – Rohani İran İslam Respublikasının yaradıcısı ayətulla Ruhollah Khomeini-nin Tehran yaxınlığındakı mavzoleyinə ziyarət zamanı deyib.

Rohani eyham vurub ki, İran isteblişmenti qəzəbli etirazçılara qulaq asmazsa, xalqın dəstəyinə də risk yaranmış olar.

Trump Konqresdə illik müraciətində konqresmenləri İranın 2015-ci ildə dünya gücləriylə imzaladığı nüvə sazişindəki “fundamental qüsurlar”ı düzəltməyə çağırıb.