Hərbi məhkəmələr inzibati işlərə də baxacaq

Arxiv fotosu

Hərbi məhkəmələr bundan sonra bu sahəyə aid olan inzibati işlərə də baxacaq.

Prezident İlham Əliyev bu gün, yanvarın 31-i “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

İndiyədək hərbi məhkəmələr yalnız cinayət işlərinə baxırdı. “Məhkəmələr və hakimlər haqqında” qanunda bununla bağlı göstərilirdi ki, “hərbi məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş cinayət işlərinə baxır”.

Buna da bax: '100-ə nə qaldı?': Rəsulzadə - müstəqil dövlət yaradan adam [7-ci yazı]

Prezidentin təsdiqlədiyi dəyişikliyə görə, hərbi məhkəmələr cinayət işləri ilə yanaşı, qanunla səlahiyyətlərinə aid edilən inzibati xətalar haqqında işlərə də baxacaq.

Ölkə parlamenti bununla bağlı ötən il dekabrın 15-də “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik etmişdi.