ABŞ prezidenti Donald Trump administrasiyası bildirir ki, 7 min suriyalıların qoruyucu statusu daha 18 ay müddətinə uzadılacaq. Bu, həmin suriyalıların ölkələrində vətəndaş müharibəsi getdikcə Birləşmiş Ştatlarda qalmasına icazə verir.
Daxili Təhlükəsizlik Departamentinin katibi Kirstjen Nielsen yanvarın 31-də yaydığı bəyanatda bildirir ki, “yerli şəraiti diqqətlə öyrəndikdən sonra qərara gəlmişəm ki, Suriya üçün Müvəqqəti Qoruma Statusunu uzatmaq lazımdır”.
Status uzadılmasaydı, suriyalılar ölkələrinə qayıtmalı olacaqdılar. TPS kimi tanınan status martda bitirdi.
Uzadılacağı halda, suriyalılar 2019-cu il sentyabrın 30-dək Birləşmiş Ştatlarda qala biləcəklər.
Suriyada 2011-ci ildən başlanan münaqişədə 400 minədək adam həlak olub. 5 milyon suriyalı isə ölkədən qaçmalı olub.