Liviya sahillərində 90 miqrantın batdığı bildirilir

Arxiv fotosu

Beynəlxalq Miqrasiya Təşkilatı deyir ki, Aralıq dənizində miqrantları daşıyan qayıq batıb, azı 90 nəfərin öldüyü güman edilir.

Qurumun fevralın 2-də yaydığı bəyanatda bildirir ki, səkkiz pakistanlı və iki liviyalının meyiti Liviya sahillərinə çıxıb.

Qayıqdan salamat çıxa bilən iki nəfər sahilə üzüb, birini balıqçı gəmisi xilas edib.

Şahidlərin deməsinə görə, miqrantların çoxu Pakistandan olub.

Agentlik dəfələrlə xəbərdarlıq edib ki, Aralıq dəniziylə Avropaya keçməyə çalışan miqrantlar çox təhlükəli şəraitlə üzləşirlər.