Erdogan: "Türkiyə Suriya ərazisində qalmaq fikrində deyil"

Recep Tayyip Erdogan

“Türkiyənin Suriyada apardığı hərbi əməliyyatlarda məqsəd daima Suriya ərazidində qalmaq yox, terroçu ünsürləri təmizələməkdir.

“Anadolu” agentliyinin fevralın 3-də verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Racep Tayyip Erdogan fransalı həmkarı Emmanuel Macronla telefon söhbətində deyib.

Türkiyə yanvarın 20-dən Suriya ərazidindəki YPG kürd qruplaşmasına qarşı hərbi əməliyyata başlayıb.

Ankara bu qruplaşmanın kürdlərin terrorçu PKK təşkilatı ilə əlbir olduğunu deyir.

Türkiyə əməliyyat zamanı Suriya rejiminə qarşı mübarizə aparan “Azad Suriya ordusu” ilə birgə hərəkət etdiyini deyir.

Amma Ankaranın NATO-dakı müttəfiqi olan ABŞ, ”İslam dövləti” qrupu ilə mübarizədə YPG qruplaşmasını dəstəkləyir.

Macron ötən həftə mətbuata müsahibəsində deyib ki, əgər Türkiyənin keçirdiyi əməliyyat “qəsbkarlığa” dönsə, bu Fransa üçün “əsil problem” olacaq.

Türkiyənin xarici işlər naziri Mevlut Cavusoglu isə buna cavab olaraq bildirib ki, Fransanın bizə dərs verməyə haqqı yoxdur.