17 dərəcə isti gözlənir

Foto arxiv

Fevralın 5-də Bakı və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir.

Bəzi yerlərdə zəif duman olacağı, arabir güclənən cənub-qərb küləyinin axşam mülayim şimal-qərb küləyinə keçəcəyi gözlənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 4-6, gündüz 10-15 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da havanın əsasən yağıntısız olcağı gözlənilir. Gecə 5 dərəcə şaxtadan 5 dərəcəyə kimi ist, gündüz 10-16 dərəcə isti təxmin edilir. Aran rayonlarında gündüz temperaturun müsbət 17 dərəcəyə yüksələcəyi bildirilir.