Xərçənglə mübarizə gündür

Foto arxiv

4 fevral - Ümumdünya Xərçənglə Mübarizə günüdür.

Bununla bağlı fevralın 4-də ölkədə bir sıra tədbirlər keçirilib.

Ümumdünya Xərçəng Gününü 2005-ci ildə Xərçəng Əleyhinə Beynəlxalq İttifaq (UICC) təsis edib.

Bunun əsas məqsədi dünya ölkələrinin diqqətini bu qlobal problemə yönəltmək, onun nə dərəcədə təhlükəli olduğunu və mübarizənin yalnız birlikdə aparıldıqda effektiv olmasını bir dahaxatırlatmaqdır.

Son illər ölkədə xərçəng xəstələrinin sayının artdığı bildirilir.

2016-cı ildə rəsmi qurumlar ölkədə 43 927 nəfər onkoloji xəstənin qeydiyyatda olduğu bildirilirdi. 2015-ci ildə isə Azərbaycanda beləxəstələrin sayı 42min nəfər açıqanmışdı.