Dağıstan rəsmiləri saxlanıb

Abdusamad Gamidov

Rusiyanın Şimali Qafqazdakı Dağıstan regionunda aparıcı hökumət rəsmiləri maliyyə fırıldağı ittihamıyla saxlanıb. Bunu Rusiyanın İstintaq Komitəsi bildirir.

Komitənin məlumatına görə, baş nazir vəzifəsini icra edən Abdusamad Gamidov və baş nazirin müavinləri vəzifələrini icra edən Shamil Isayev Rayudin Yusufov fevralın 5-də saxlanıblar. Onlar sosial proqramlar üçün nəzərdə tutulmuş federal büdcədən sui-istifadədə şübhəli sayılıblar.

Keçmiş təhsil naziri Shakhabas Shakhov və bir sıra digər şəxslərin də saxlandığı, evlərində axtarış aparıldığı qeyd olunur.

Müstəntiqlər Gamidov-un evində TT tapançası, Beretta tapançaları, Makarov tapançası, iki AK-47 avtomatı aşkarlandığını deyirlər. Ancaq bu silahların maliyyə ittihamlarıyla bağlılığının olub-olmadığı bildirilmir.