Neft və qazdan gəlir 130 milyard dolları keçdi

Dövlət Neft Fondu

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2001-ci ilin əvvəlindən bu il fevralın 1-dək Xəzərin Azərbaycan sektorundakı «Azəri-Çıraq-Günəşli» (AÇG) neft-qaz yataqları blokunun işlənməsindən əldə etdiyi vəsaiti açıqlayıb.

Fondun verdiyi məlumata görə, bu müddət ərzində 129 milyard 137 milyon ABŞ dolları gəlir əldə edib.

Bu ilin yanvar-fevral aylarında isə AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 651.6 milyon dollar vəsait daxil olub.

ARDNF 1999-cu ildə təsis edilib. 2001-ci ildə fəaliyyətə başlayıb.

Ötən ilin oktyabrına olan məlumata görə, Fondun aktivləri 36 milyard 20 milyon ABŞ dollarına bərabərdir.

AÇG Bakıdan şərqdə, təxminən 100 km məsafədə yerləşən yataqlar blokudur. O, Xəzər dənizində istismarda olan ən böyük neft yataqlarıdır və 432 kvadrat kilometrdən çox ərazini əhatə edir. Bu yataqlar 120-170 m arasında olan su dərinliklərində yerləşir. Məhsuldar layın dərinliyi 2000-3500 metr təşkil edir.

Bu layihə ilə bağlı ilk saziş 1994-cü ildə imzalanıb. Layihə iştirakçıları BP (35.78 faiz), «Chevron» (11.27 faiz), «ExxonMobil» (8 faiz), ONGC (2.72 faiz), SOCAR (11.65 faiz) şirkətləri olub.

Yataqlarda habelə «Inpex Corp», «ITOCHU Oil», «Statoil» və TPAO şirkətləri də pay əldə ediblər.

Ötən il bu blokla bağlı saziş yenilənərək 2050-ci ilə qədər uzadılıb. Bu müqaviləyə əsasən isə, şirkətlərin iştirak payı belədir: BP (əməliyyatçı) – 30.37 faiz, AzACG (SOCAR) – 25 faiz, «Chevron» – 9.57 faiz, INPEX – 9.31 faiz, «Statoil» – 7.27 faiz, «ExxonMobil» – 6.79 faiz, TP – 5.73 faiz, ITOCHU – 3.65 faiz, «ONGC Videsh Limited» (OVL) – 2.31 faiz.