Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident seçkisinin aprelin 11-də keçirilməsi ilə bağlı qərar verib.
«Turan» agentliyinin xəbərinə görə, bu qərar MSK-nın bu gün, fevralın 6-da keçirilən toplantısında yekdilliklə qəbul edilib.
MSK həmçinin, seçkilərin keçirilməsi üzrə əsas tədbirlərin təqvim planı təsdiq edib.
Xatırlatma
Fevralın 5-də dövlət başçısı İlham Əliyev növbədənkənar prezident seçkisinin elan edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama görə, Mərkəzi Seçki Komissiyası növbədənkənar prezident seçkisinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.
Azərbaycanda bu sərəncama qədər prezident seçkisinin, qanunvericiliyə uyğun olaraq, bu ilin oktyabrında keçirilməsi nəzərdə tutulurdu.