Şimali Koreya fevralın 8-də Pxenyanda hərbi parad keçirib. Bir gün sonra Cənubi Koreyanın Pxençxan şəhərində Qış Olimpiya Oyunlarının açılışıdır.
Kim Il Sung meydanındakı paradı on minlərlə adam izləyib. Məlumatı Cənubi Koreyanın dövlət rəsmisi yayıb. Tədbirdə ölkə lideri Kim Jong Un-un çıxış edib-etmədiyi bəlli deyil.
Cənubi Koreya rəsmisinin deməsinə görə, paradda Pxenyanın qitələrarası ballistik raketlər kimi strateji silahları sərgiləyib sərgiləməməsi də bilinmir. Rəsmi adının çəkilməməsi şərtiylə danışıb.
Pxenyan paradın ordunun yaradılmasının 70 illiyinə həsr olunduğunu bildirib.
Şimali Koreya Olimpiya oyunlarına 22 atlet, musiqiçilər, müğənnilər, rəssamlar, dəstək qrupları daxil olmaqla 400-dən çox şəxsdən ibarət nümayəndə heyəti göndərib.
Pxençxanda açılış mərasiminə Kim-in kiçik bacısı Kim Yo Jong-un da qatılacağı gözlənir.