Suriyanın Israil təyyarəsini vurduğu bildirilir

Harduf, Israel 10 yanvar, 2018

Suriya ordusu fevralın 10-da Israil təyyarəsini vurduğunu bildirir.

Reutersin israil hərbçilərinə istinadla vediyi məlumata görə, F-16 qırıcı təyyarəsi İsrail ərazisinə düşüb, pilotlar təhlükəsiz yerdədirlər.

İsrail hərbçilərinin sözlərinə görə, şənbə gününə keçən gecə ölkə ərazisində İrana məxsus pilotsuz təyyarə peyda olub. Onlar dronun Suriya ərazisindən buraxıldığını deyirlər.

İsrail hərbçilərinin sözlərinə görə, dron vurulduqdan sonra İsrail təyyarələri Suriyada dronların idarə olunduğu hərbi bazaya zərbələr endiriblər.

Suriyanın hava hücumlarından müdafiə qüvvələri isə atəş açıblar.Suriya tərəfi azı 1 təyyarənin vurulduğunu deyir.

Tərəflər bir-birini suverenlik və hava məkanının pozulmasında günahlandırırlar.

İsrail İranı Suriya ərazisindən ona qarşı təcavüz və təxribatlar hazırlamaqda ittiham edir.

İran bunu inkar edir.