Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas fevralın 12-də Moskvaya gedib. Onun Rusiya prezidenti Vladimir Putin-lə görüşü gözlənir. Abbas Birləşmiş Ştatlarla yaranmış gərginlikdə Rusiyanın dəstəyini qazanmağa çalışır.
İki həftə öncə Putin İsrailin baş naziri Benjamin Netanyahu ilə goruşüb.
Dekabrın 6-da ABŞ prezidenti Donald Trump Qüdsü İsrailin paytaxtı kimi tanıyıb. Bu addım ərəb dünyasını qəzəbləndirib, etirazlar doğurub.
Fələstinlilər də Qüdsü gələcək dövlətlərinin paytaxtı sayırlar.
Abbas həmçinin Yaxın Şərq sülh danışıqlarında Birləşmiş Ştatların aparıcı oyunçu rolundan çıxarılmasını istəyir.
İsrail və ABŞ BMT-nin sülh danışıqlarında vasitəçiliyinə qarşıdır, qurumun İsrailə qərəzli yanaşacağından narahatlıq bildirirlər. Onlar tərəflər arasında birbaşa danışıqlar tərəfdarıdırlar.