Kosmik stansiyaya yük yola salınıb

Arxiv fotosu

Beynəlxalq Kosmik Stansiyaya Rusiyanın ekipajsız yük gəmisi yola salınıb, yolasalma ikigünlük yubanmadan sonra gerçəkləşib.

Rusiyanın Roscosmos kosmik agentliyinin məlumatına görə, 2,7 ton ərzaq, yanacaq və digər ləvazimatlar olan gəmi fevralın 13-də Qazaxıstandakı Baykonur kosmodromundan qalxandan bir neçə dəqiqə sonra orbitə daxil olub.

Gəminin stansiyaya fevralın 15-də yaxınlaşacağı gözlənir.

Hazırda Beynəlxalq Kosmik Stansiyada altı nəfər var, üçü amerikalı, ikisi rusiyalı, biri yaponiyalıdır.