Parisdə yerləşən Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) İran hakimiyyətinin jurnalistləri təqib etməsini pisləyib. Qurum bildirir ki, 1979-cu il İslam İnqilabından bəri bu ölkədə xəbərə və informasiya “amansız” nəzarət altındadır.
Media qurumu fevralın 13-də bildirib ki, İran hakimiyyəti “həm ölkədə, həm də beynəlxalq miqyasda xəbərlərə nəzarət etməyə çalışır”.
“Son 39 ildə rejim xəbərə və informasiyaya amansız nəzarət edib, media müstəqilliyini misli görünməmiş səviyyədə təqib edib”, – bəyanatda deyilir.
“İran tarixinin bu qaranlıq dövründə həbs olunan və məhkum edilən jurnalistlərin dəqiq sayı bəlli deyil”, – bəyanatda vurğulanır.
RSF-in Ümumdünya Media Azadlığı İndeksində İran 180 ölkə içində 165-ci yerdədir.