Britaniya Rusiyanı ittiham edir

Gavin Williamson

Britaniya ötən yay baş vermiş kiberhücuma görə Rusiyanı ittiham edir. Həmin hücum zamanı Avropada bir sıra şirkətlərə ziyan dəymişdi. Britaniya xəbərdarlıq edir ki, Qərb daha belə «məkrli» fəaliyyətə dözməyəcək.

Ölkənin Xarici İşlər Nazirliyi fevralın 15-də bildirib ki, «Rusiya hökuməti, özəlliklə, Rusiya ordusu» iyundakı NotPetya reket virus hücumuna görə məsuliyyət daşıyır.

Britaniyanın müdafiə naziri Gavin Williamson Rusiyanı demokratiyaya zərbə vurmaqda, vacib infrastrukturu hədəfə almaqla yaşayışı əngəlləməkdə, informasiyadan silah kimi istifadə etməkdə suçlayıb.

Rusiya prezidenti Vladimir Putin-in sözçüsü Dmitry Peskov isə Britaniyanın iddialarını əsassız adlandırıb, onların bəzi Qərb ölkələrində aparılan «rusofob» kampaniyanın tərkib hissəsi olduğunu deyib.

NotPetya kiberhücumu Ukraynada başlanıb, hökumətə, şirkətlərə ziyan vurub, daha sonra Avropa və digər yerlərə yayılıb. Bu virusun şirkətlərə 1.2 milyard dollar ziyan vurduğu bildirilir.