Breivik peşman olduğunu deyir

Anders Behring Breivik

Norveçli Anders Breivik ilk dəfə 77 adamı qətlə yetirməsindən danışıb.

Bu barədə “Vardens Gang” nəşri onun həbsxana rəhbərliyinə yazdığı məktuba istinadla yazır.

Breivik məktubunda radikal millətçi ideologiyadan əl çəkdiyini və 2011-ci ildə törətdiyi həmin hadisənin bir də baş verməməsini arzulayır.

Ekspert-psixiatrlar hesab edirlər ki, o bununla cəzasını yüngülləşdirməyə çalışır.

Breivik bundan əvvəl , həbsxanada baxışlarının daha da radikallığını demişdi.

Norveçin ali məhkəməsi ötən ilin iyununda Breivikin həbsxana şəraiti ilə bağlı şikayyətini rədd etmişdi.

Breivik 2011-ci ildə Oslonun Ytoya adasındakı gənclik düşərkəsində atəş açaraq 77 adamı qətlə yetirib, 150 nəfəri isə yaralamışdı.

Buna görə o, 21 il həbs cəzası alıb.

Amma bu qərar məhkəmənin qərarı ilə uzadıla bilər.