“Forbes Russia” “Telegram” şəbəkəsinin əslən rus olan banisi Pavl Durovu milyarderlər siyahısına salıb.
Məlumatlara görə, onun hazırda 1,7 milyard dollar sərvəti var.
Forbes-in yazdığına görə təkcə messencerin özünün dəyəri 1 milyard dollardan aşağı deyil.
Forbesyazır ki, 2017-ci ildə Durovun sərvəti 950- milyon dollar civarında olub.
Onun Rusiyanın 200 ən varlı adam arasında reytinqi 100-cü idi.
Bir il öncə onun 600 milyon dolları vardı.
Forbes yazır ki, iş adamının varlanmasına səbəb “Teleqram”ın auditoruyasının getdikcə genişlənməsi və İCO platformasına (İnitial Coin Offering-kriptovalyutanın ilkin yerləşdirilməsi, qiymətli kağızların ilkin yerləşdirilməsi kimi) çıxışa hazırlaşması olub.