ABŞ Dövlət Departamenti İran hakimiyyətini 3 müxalifət liderini ev dustaqlığından azad etməyə çağırıb.
Bəyanat, 2009-cu ildə İran prezidentliyinə namizədlər Mehdi Karrubi və Mir Hossein Musavi,həmçinin Musavinin həyat yoldaşı və qadın hüquqları müdafiəçisi Zahra Rahnavard-inin saxlanmalarının ildönümünə təsadqüf edir.
Onların 3-də 7 ildir ki, ev dustaqlığındadırlar.Qeyd edək ki, Musavi əslən azərbaycanlıdır.
Karrubi parlamentin keçmiş spikeridir.O 2009-cu ildə saxtalaşdırıldığı iddia olunan seçkiyə qarşı kütləvi etirazlara liderlik edib. Karrubi həmin vaxt seçkidə namizədlərdən biri idi.
Dövlət Departamentinin sözçüsü Heather Nauert-in bəyanatında deyilir ki, bu insanların hələ də ev dustaqlığında saxlanması İranın beynəlxalq öhtəlikləri, o cümlədən mülki və siyasi hüquqlarln təmin edilməsi ilə bağlı beynəlxalq sazişə ziddir.
Buna da bax: Rohani deyir, liderlər xalqı eşitməlidirlər
Karrubi ötən ay İranın ali dini lidri Ayatollah Ali Khameneinin, ölkədə keçirilən kütləvi etiraz aksiyalarına görə “Xarici düşmənləri” günahlandırmasını pisləyib, deyib ki, o son 30 ildəkisiyasətinə görə cavabdehlik daşımalıdır.
Buna da bax: Karrubi: ‘30 ildir İranın rəhbərisən, amma müxalifətçi kimi danışırsan…’
Karrubi qeyd edib ki, ölkədəki iqtisadi vəziyyətə görə başlayan bu etirazlar qaçılmaz idi, çünki ölkədə ədalətsizlik, korrupsiya və ayrı-seçkilik dərinləşib.
Dekabrın 28-də Məşhəd şəhərindən başlamış və ölkənin 90-dan çox şəhərinə yayılmış etirazlarda 3 min nəfər saxlanıb və azı 25 nəfər öldürülüb.
ABŞ prezidenti Donald Trum dəfələrlə etirazçılarıdəstəkləyib, ölkəsinin İran xalqının yanında olduğunu bəyan edib.