Türkiyədə 6 jurnalist ömürlük həbsə məhkum edildi

Ahmet Alta və Mehmet Altan

Istanbul məhkəməsi fevralın 16-da 6 jurnalisti ömürlük həbsə məhkum etdi.

Onlar 2016-cı il 15 iyul uğursuz qiyam cəhdində iştirakda, hazırda ABŞ-da yaşayan ilahiyatmı Fətullah Gülen-lə əlbir olmaqda təqsirli biliniblər.

Türkiyə hakimiyyəti Fətullah Gülen-i bu qiyam cəhdinin əsas təşkilatçısı hesab edir.

“Taraf” qəzetinin keçmiş baş redaktoru Ahmet Altan, onun qardaşı ,jurnalist və akademik Mehmet Altan və tanınmış jurnalist Nazlı İliçak da onların arasındadırlar.

Altan qardaşlarına qarşı qiyam cəhdinə bir gün qalmış tok-şou televiziya proqramında kodlaşdırılmış məlumat verməklə bağlı ayrıca ittiham da irəli sürülmüşdü.

Çevriliş cəhdindən bu yana Fətullah Gülen hərəkatı ilə əlbir olmaqda şübhəli bilinən 110 min adam işdən qovulub, 50 mindən çox adamsa saxlanıb.

Foto arxiv

Buna da bax:Türkiyədə ‘çevriliş şübhələrinə’ görə daha 2756 nəfər işdən qovulub

Həmin hadisələr vaxtı 240 adam ölüb.

Fətullah Gülen bütün ittihamları rədd edir.