20 Yanvar, müharibə əlilləri və şəhid ailələri kateqoriyasına daxil olan insanlara verilən prezident təqaüdünün məbləği artırılıb.
Prezident İlham Əliyev bu gün, fevralın 19-u bununla bağlı sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən, qeyd olunan kateqoriyadan olan şəxslərə verilən prezident təqaüdünün aylıq məbləği 10 faiz artırılır.
Artım qərarı mart ayının 1-dən qüvvəyə minəcək.
Sərəncamın icrası müvafiq qurumlara həvalə edilib.