İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri Azərbaycana gəlir

Əmir Hatəmi

Fevralın 21-də İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlməlidir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

“Səfər çərçivəsində İran nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub”, – məlumatda vurğulanır.

Səfərin fevralın 22-dək davam edəcəyi bildirilir.