İfrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası sol-mərkəzçi Sosial Demokratlardan önə çıxaraq ikinci yeri tutardı. Bunu bir rəy sorğusu üzə çıxarıb.
Fevralın 19-da Bild qəzetinin dərc etdiyi Insa rəy sorğusu göstərib k, seçki indi keçirilsəydi, AfD səslərin 16 faizini toplardı. SPD-nin göstəricisi isə 15,5 faiz olardı.
İlk dəfədir ki, AfD rəy sorğusunda SPD-dən önə çıxır. AfD sentyabr seçkisində 12,7, SPD isə 1949-cu ildən bəri ən aşağı 20,5 faiz səs yığmışdı.
Kansler Angela Merkel-in CDU/CSU alyansı 32 faizlə birinci yerə çıxıb.
“Bu mühafizəkar blok hazırda yeganə əsas partiyadır”, – Insa sorğu institutunun rəhbəri Hermann Binkert deyib.
SPD sentyabr seçkisindən sonra Merkel-in mühafizəkarlarıyla “böyük koalisiya” yaratmağı qəbul edib və bundan sonra ona dəstək azalmağa başlayıb.
Sosial Demokratların çoxu bu plandan narazı qalıb. Partiyanın aprel konqresində təsdiqlənərsə, ölkədə aylardır davam edən siyasi qeyri-müəyyənliyə son qoyar.