Rusiyanın Pxençxan Olimpiya Oyunlarındakı nümayəndə heyəti bildirir ki, kerlinq üzrə atlet Aleksandr Krushelnitsky-dən götürülmüş ikinci nümunədə də qadağan olunmuş meldonium maddəsi tapılıb. Atlet olimpiya oyunlarında bürünc medal qazanmışdı.
“Bu insidentlə bağlı səmimi təəssüfümüzü bildiririk”, – nümayəndə heyəti fevralın 20-də yaydığı bəyanatda bildirib. Ancaq o da vurğulanır ki, nəticələr Krushelnitsky-nin meldoniumdan bircə dəfə istifadə etdiyini göstərir.
İkinci nümunə də birinciylə eyni gündə götürülüb. Nümunələr iki yerə ayrılır və ayrılıqda yoxlanır ki, laboratoriya avadanlığının mümkün səhv nəticəsi önlənsin.
Rusiya Olimpiya Komitəsi istintaqa başlayıb.
Rusiyanın kerlinq üzrə rəsmiləri daha öncə belə bir ehtimal irəli sürüblər ki, Krushelnitsky-yə rəqibi olan rusiyalı atlet, yaxud Rusiyanın siyasi düşmənləri tələ qura bilər.
Meldonium idmanda 2016-cı ildə qadağan olunub, rusiyalı tennis ulduzu Maria Sharapova 18 ay müddətinə yarışlardan həmin maddəyə görə uzaqlaşdırılıb.