Fevralın 7-də Suriyada “onlarla” rusiyalı yaralanıb

Suriya, Quta, 20 fevral, 2018-ci il

Suriya, Quta, 20 fevral, 2018-ci il

Bu yaxınlarda Suriyada ABŞ-ın rəhbərlik etdiyi qüvvələrlə toqquşmada ordu üzvü olmayan “onlarla” Rusiya və digər keçmiş sovet respublikası vətəndaşı yaralanıb. Bunu Rusiyanın Xarici İşlər Nazirliyi bildirir.

Nazirlik bəyanatı fevralın 20-də yayıb və ilk dəfədir Moskva rusiyalı muzdluların fevralın 7-də İdlibdə ağır itki verdiyini rəsmən etiraf edir.

Bəyanatda həmin insident zamanı həlak olmuş rusiyalıların sayı açıqlanmır. Amma qurumun sözçüsü Maria Zakharova fevralın 15-də ölənlərin 5 nəfər olduğunu deyib ki, bu da bəzi məlumatlarda söyləndiyindən xeyli azdır.

Son günlər media orqanları, araşdırmaçılar, rusiyalı muzdlu əsgərlərin qohumları və həmkarları həmin döyüşlərdə onlarla, hətta yüzlərlə rusiyalının öldüyünü iddia edib.

Nazirliyin bəyanatında həmin toqquşmada Rusiya və “digər MDB ölkələri” vətəndaşlarından ölən və yaralanan olduğu vurğulanır.

MDB-yə 11 keçmiş sovet respublikası daxildir.