Rusiyalı atletlər dopinq məsələsini ifşa edəni məhkəməyə verirlər

Grigory Rodchenkov

Rusiyadan üç atlet dopinq qalmaqalı yaratmış şəxsi məhkəmə veriblər. Həmin qalmaqal nəticəsində yüzlərlə atlet yarışlardan kənarlaşdırılıb, üç idmançı informasiya ötürücüsünün yalan danışdığını, onların karyerasını dağıtdığını deyirlər.

Atletlər fevralın 20-də Nyu York ştatının Menhetten Ali Məhkəməsinə 30 milyon dollarlıq iddia təqdim ediblər. İddia Moskvanın antidopinq laboratoriyasının keçmiş direktoru, hazırda Birləşmiş Ştatlarda gizlənən Grigory Rodchenkov-a qarşı qaldırılıb. Vəkili Jim Walden iddianı “yaşamaq şansı olmayan səfeh iş” adlandırıb, onun “Rodchenkov-un həqiqəti söyləməyə və pis işlər görənlərə qarşı ifadə verməyi davam etmək kimi cəsur qərarına təsir göstərməyəcəyini” söyləyib.

The New York Times yazıb ki, Brooklyn Nets basketbol komandasının sahibi olan rusiyalı oliqarx Mikhail D. Prokhorov bu iddianı maliyyələşdirib.

Rodchenkov-un harada olduğu bəlli deyil, ABŞ-ın qoruması altındadır. O, laboratoriya direktoru olarkən əldə olunan sənədləri ortaya qoyandan sonra Birləşmiş Ştatlara qaçıb. Həmin sənədlərdə Rusiya və atletlərinin dopinq nəticələrini necə saxtalaşdırdığı detallı təsvir olunur.

Daha sonra Ümumdünya Antidopinq Agentliyi və Beynəlxalq Olimpiya Komitəsi müstəqil araşdırmalar apardılar. Sonucda Rusiyanın Olimpiya Komitəsi Cənubi Koreyada keçirilən Qış Olimpiya Oyunlarına buraxılmadı, 168 rusiyalı atlet fərdi dəvət olundu.