Rusiya xokkeyçiləri yarımfinala çıxıb

Xokkey azarkeşi

Fevralın 21-də Rusiyanın kişilərdən ibarət xokkey komandası Norveçi 6-1 hesabıyla məğlub edərək Olimpiya oyunlarının yarımfinalına çıxıb. Rusiyalılar yarımfinalda Çexiya komandasına qarşı oynayacaqlar.

2006-cı ildən bəri ilk dəfədir ki, Rusiya buzüstü xokkeyçiləri Olimpiya oyunlarında yarımfinala çıxır.

Çexiya komandası isə Birləşmiş Ştatları 3-2 hesabıyla məğlub edib.

Rusiya xokkeyçiləri dörd il öncə Soçidə dörddə bir finalda uduzmuşdu, amma indi medal qazanmaq şansı yaranıb.

Rusiyalı idmançılar builki olimpiya oyunlarına “Rusiyadan Olimpiya Atletləri” adıyla qatılıb.