Azərbaycanın qaz-kimya sənayesində bir ilk...

SOCAR

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi olan «SOCAR Methanol»un yeni istehlak məhsulunun - analitik metanolun istehsalına başladığı bildirilir.

Bu haqda SOCAR-ın məlumatında bildirilir.

Məlumata görə, son istehlak məhsullarının istehsalı Azərbaycanın qaz-kimya sənayesində bir ilkdir.

Analitik metanoldan laboratoriyalarda kimyəvi reaktiv kimi istifadə edildiyi, onun alıcılara müxtəlif həcmli taralarda təqdim edildiyi bildirilir.

«Artıq bir neçə yerli şirkətlə müqavilələr bağlanıb və ilkin satış həyata keçirilib. Analitik metanol məhsulu SOCAR brendi altında «Made in Azerbaijan» markası ilə buraxılır. SOCAR daxili bazarla yanaşı, Türkiyə, MDB və Qərbi Avropa ölkələrində fəaliyyət göstərən laboratoriyaları da analitik metanolla təmin etmək iqtidarındadır», - məlumatda bildirilir.

Xatırlatma

Metanol zavodu 2013-cü ildən fəaliyyət göstərir.

İllik maksimal istehsal gücü 650-700 min ton olan zavodun tikintisi ilə Azərbaycanda qaz-kimya sahəsində ilk istehsal obyektinin əsasının qoyulduğu bildirilir.

Zavodun qurulmasında İngiltərənin ICI firmasının aşağıtəzyiqli metanol istehsalı texnologiyası tətbiq olunub. İstehsal prosesində xammal kimi, əsasən, təbii qaz və su buxarından istifadə edilir.