Fevralın 21-də Nigeriya ordusu 76 məktəbli qızı xilas edib. Məktəblilər ölkənin şimal-şərqindəki bir kəndə Boko Haram silahlı qruplaşmasının hücumu zamanı itkin düşmüşdülər. Xəbəri Nigeriya mediası və qızların valideynləri yayıb.
“Hamı onların qayıdışını mahnılar və uca Allah dualarla bayram edir”, – qızı itmiş valideyn Babagana Umar “Reuters” informasiya agentliyinə deyib.
Nigeriyanın “Daily Post” qəzetinin yazdığına görə, ordu qızları Borno və Yobe ştatları arasında yerləşən Cilli-Muvarti kəndindən xilas edib. Rəsmilər şagirdlərdən bəzilərinin hələ də tapılmadığını bildirir.
Dörd il öncə Boko Haram Çibok şəhərindən 270-dən çox məktəbli qızı qaçırmışdı. Bu iş beynəlxalq ictimaiyyətin diqqətini çəkmişdi.
2014-cü ilin aprelində baş verən hadisə zamanı 60 qız qaça bilmişdi. Bəziləri vasitəçiliklə buraxıldı, 100 qızın hələ də əsirlikdə olduğu bildirilir.
2009-cu ildə Nigeriyada Boko Haram qruplaşması ortaya çıxandan 20 mindən çox adam öldürülüb, iki milyon nəfər evindən didərgin düşüb.