Navalny saxlanıb və buraxılıb

Aleksei Navalny (ortada) Moskvada 28 yanvar aksiyasında

Navalny buraxıldığını deyir. Ona qarşı inzibati ittihamla araşdırma aparıldığı bildirilib. Bu ittihamla 30 günlük həbs cəzası kəsilə bilər.

***

Rusiyada müxalif siyasətçi Aleksei Navalny Moskvada polis tərəfindən saxlandığını deyir. O, fevralın 22-də Twitter-də yazıb ki, diş həkimindən çıxarkən polis ona yaxınlaşıb və saxlandığnı bildirib.

Navalny “harasa” aparıldığını yazıb.

Prezident Vladimir Putin-ə qarşı sərt mövqe tutan Navalny ölkənin hakim elitası içində korrupsiyanın olduğunu iddia edən hesabatlar yayıb, etirazlar təşkil edib. O, 18 mart prezident seçkisinə buraxılmayıb, barəsində bir neçə məhkəmə hökmünün olduğunu əsas gətirilib. Siyasətçi həmin cinayət işlərini qondarma sayır.

Navalny dəfələrlə saxlanıb, icazəsiz aksiyaların təşkilinə görə qısamüddətli həbs cəzaları çəkib.