Bəzi media üzvləri ödənişsiz təşviqata yer ayırmalıdır

18 mart 2009-cu il referendumunda TV debatları, 21Fev2009

2018-ci il aprelin 11-nə təyin edilən növbədənkənar prezident seçkilərində kütləvi informasiya vasitələrində (KİV) namizədlərə ödənişsiz efir vaxtı və yer ayrılacaq.

Mərkəzi Seçki Komissiyasından (MSK) yayılan məlumata görə, ödənişsiz təşviqatdan ötrü İctimai Televiziya və Radio Yayımları Şirkəti, eləcə də “Azərbaycan”, ”Xalq qəzeti”, “Bakinski raboçi” qəzetləri yer ayırmalıdır.

Həmin medialar, eləcə də başqa KİV-lər ödənişli efir vaxtı və yer ayrılması ilə bağlı qərar verməlidir. Onlar bununla bağlı MSK-nı bilgiləndirməlidirlər.

Buna da bax: Seçki təqvim planı: Namizəd 2 həftəyə 60 dairədən 40 min imza toplamalıdır... [video]

Qeyd olunan medialar təşviqatda iştirak qərarı verərlərsə, şərtlər barədə bilgiləri seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək dərc etməlidir.

Xatırlatma

Bu il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Seçki prezident İlham Əliyevin istəyi ilə 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.

Mərkəzi Seçki Komissiyasından (MSK) verilən məlumata görə, artıq 15-ə yaxın şəxsin namizədliyi təsdiq edilib.

Bir sıra müxalif qüvvələr isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər.