Lavrov Belqradda Rusiya mozaikasının açılışını edib

Sergei Lavrov məbəddə çıxış edir

Fevralın 22-də Rusiyanın xarici işlər naziri Sergei Lavrov Serbiyaya səfərinin ikinci günündə Müqəddəs Sava Məbədinin günbəzində moskvalı rəssam Nikolai Mukhin-in əl işi olan mozaikanın açılışını edib.

Müqəddəs Sava Məbədi Serbiyada ən böyük, Avropada isə böyük pravoslav məscidlərdəndir.

Lavrov-u Serbiya prezidenti Aleksandar Vucic müşayiət edib.

4 milyon avroluq mozaikanı Rusiyanın enerji nəhəngi Gazprom maliyyələşdirib. 40 ton çəkisi olan mozaikanın tamamlanması bir il çəkib. O, hissələrə bölünərək xüsusi yük maşınlarıyla Belqrada daşınıb.

Lavrov fevralın 22-də Belqrad Universitetində çıxış edib, ciddi qlobal münaqişələr fonunda Serbiyanın balanslı xarici siyasətini qorumaq cəhdlərini alqışlayıb.

Serbiya Avropa Birliyinə qoşulmağa çalışır, eyni zamanda Moskvayla sıx əlaqələr saxlayır.