Prezident İlham Əliyev fevralın 23-də “Aqrar sahənin texniki təminatının gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
Sərəncamla “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə (ASC) 160 milyon manat verilir.
Buna da bax: Aqrolizinq nələr alıb, neçəyə alıb?
Sənəddə bildirilir ki, məqsəd taxılçılıq, pambıqçılıq, çəltikçilik, çayçılıq və bağçılıq kimi ənənəvi kənd təsərrüfatı sahələrinin davamlı inkişafına nail olmaqdır. Habelə bunun, kənd təsərrüfatı məhsulları istehsalçılarının texnikaya, suvarma sistemləri dəstlərinə və avadanlığa ehtiyacını ödəmək məqsədinə xidmət etdiyi vurğulanır.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll, Maliyyə Nazirliyi isə göstərilən məbləği təmin etməlidir.