Dumanlı hava gözlənir

Duman, çiskin. "Ağ Şəhər" bulvarı, Bakı. 22fev2018

Fevralın 25-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi bildirilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 4-6, gündüz 8-11, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq.

Fevralın 25-də Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi bildirilir. Ayrı-ayrı yerlərdə duman gözlənir. Gecə 2-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti təxmin edilir.