Dağlıq ərazilərdə qar gözlənir

Qar

Fevralın 27-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir. Gecə və səhər arabir güclənən şimal-qərb küləyinin əsəcəyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakı və Abşeronda gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq.

Fevralın 27-də Azərbaycanın bəzi rayonlarında isə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı vurğulanır. Gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti gözlənir.