Kosmodromun tikintisindəki nöqsanlara görə 12 il həbs cəzası aldı

Vostoçnı kosmodromundan buraxılan raket

Rusiyada Vostoçnı kosmodromunun tikintisi zamanı yol verilmiş qüsurlara görə tikinti şirkətinin rəhbəri 12 illik həbsə məhkum edilib.

Uzaq Şərq Dairə Hərbi Məhkəməsi fevralın 26-də Yury Khrizman-ın 1,5 milyon rubl (26 min 400 dollar) cərimə ödəməsi barədə də qərar çıxarıb. O, mənimsəmə və maliyyə fırıldağında təqsirli bilinib.

Digər üç təqsirləndirilən – Khrizman-ın oğlu Mikhail, keçmiş baş mühasibi Vladimir Akhikhmin və keçmiş deputat Viktor Chudov 5 il yarımdan 7 ilədək həbsə məhkum ediliblər.

Çinlə sərhəddə, Uzaq Şərqin Amir regionunda yerləşən Vostochny-nin tikintisində məqsəd Rusiyanın Qazaxıstandakı Baykonur kosmodromundan asılılığını azaltmaqdır. Ancaq bu layihəylə bağlı korrupsiya iddiaları ortaya çıxandan son illər bir neçə nəfər saxlanıb.

2015-ci ilin yazında tikintidə çalışan fəhlələr maaşlarının gecikdirilməsinə etiraz aksiyası keçiriblər.