“Naməlum maddə” olan zərf açıldı, 11 nəfər nasazladı

Arxiv fotosu

Fevralın 27-də Vaşinqton kənarındakı ABŞ bazasında “naməlum maddə” olan şübhəli zərf açılıb. 11 nəfərdə nasazlıq yaranıb, 3 nəfər xəstəxanaya aparılıb.

Dəniz Piyadaları Korpusu Twitter-də yazıb ki, Arlinqtondakı bazaya “naməlum maddə olan zərf göndərilib”.

Binadakılar dərhal köçürülüb”, – məlumatda deyilir.

CNN-in xəbərinə görə, məktub açılandan sonra 3 hərbçi əllərində və üzündə “yanma”dan şikayətləniblər.

Baza rəsmilərinin hazırda təhlükəsizlik orqanlarıyla koordinasiya şəraitində olduqları bildirilir.

İnsident nəticəsində bir neçə dəniz piyadasına tibbi xidmət göstərilir”, – məlumatda vurğulanır.

Rəsmilər insidentin terror hücumu sayıldığını söyləməyin tez olduğunu bildirib.

Kimsə məktubu açıb və ofisdə hamı özünü pis hiss etməyə başlayıb”, – bazanın sözçüsü Leah Rubalcaba deyib.

Xəstəxanaya aparılan üç nəfərin durumunun sabit olduğu bildirilir.