Naftogaz Gazprom-dan 2,56 milyard dollar tələb edir

Naftogaz-ın baş ofisi

Ukraynanın Naftogaz enerji şirkəti bildirir ki, Rusiyanın Gazprom dövlət qaz şirkəti ona 2,56 milyard dollar ödəməli olacaq. Fevralın 28-də İsveç məhkəməsi uzun müddətdir davam edən hüquqi çəkişmədə Naftogaz-ın xeyrinə qərar verib.

Ukraynanın infrastruktur naziri Volodymyr Omelyan qərarı alqışlayıb, bunu “Stokholmda qələbə” adlandırıb.

2014-cü ilin iyununda Gazprom-la Naftogaz dövlət şirkəti bir-birinə qarşı milyardla dollarlıq iddialar qaldırıblar.

Bu, Kiyevlə Moskvanın münasibətlərinin gərginləşdiyi dönəmə təsadüf edirdi. Rusiya Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra ölkənin şərqindəki Donbas regionunda da separatçıları dəstəkləməyə başladı. Münaqişədə 10 mindən çox adam ölüb.

Naftogaz iddiasında bildirirdi ki, Gazrpom Ukrayna ərazisindən hər il nəql etməli olan qazın göndərilməməsinə, Naftogaz kəmərləriylə daşınan qaz üçün çox az ödəniş etməsinə görə kompensasiya ödəməlidir.

Gazprom-sa martın 1-də yaydığı bəyanata məhkəmənin qərarıyla razlaşmadığını, bütün mümkün vasitələrlə hüquqlarını müdafiə edəcəyini bildirib.