Gürcüstan rəsmiləri separatçı Cənubi Osetiya regionunda həbsdə ölmüş gürcünün meyitini almağa çalışacağını deyir.
Archil Tatunashvili Cənubi Osetiyada saxlanandan sonra dünyasını dəyişib.
Baş nazir Giorgi Kvirikashvili martın 2-də onun qohumlarıyla görüşündə deyib ki, hökumət Tatunashvili-nin cəsədinin “mümkün qədər tez” ailəsinə qaytarılması üçün əlindən gələni edəcək.
Rusiyanın dəstəklədiyi separatçı Cənubi Osetiyadakı hakimiyyət 35 yaşlı Tatunashvili-nin həbsdə ürək çatışmazlığından dünyasını dəyişdiyini deyir. Onun təcridxanaya köçürülərkən polisə hücum etdiyi iddia olunur.
Bu insident Gürcüstanın və beynəlxalq ictimaiyyətin tənqidinə səbəb olub. Gürcüstan parlamenti martın 2-də qəbul etdiyi qətnamə layihəsində Tatunashvili-nin ölümünə görə Moskvanı ittiham edir. Rusiyaya çağırış olunur ki, onunla birlikdə qısa müddətə saxlanmış daha iki gürcünün sağ-salamat geri dönməsini təmin etsin.