Hüquqşünas, «Femida 007» qəzetinin baş redaktoru Əyyub Kərimlinin vəfat etdiyi deyilir.
Bu haqda «Turan» agentliyinə onun ailəsindən bildiriblər.
Verilən məlumata görə, onun meyiti bu gün, martın 2-də Nərimanov rayonundakı mənzilində tapılıb. Baş redaktorun dəm qazından boğulduğu güman edilir.
Ə.Kərimli hüquqi məzmunlu bir neçə qəzetin qurucusu olub. Əvvəllər «Femida» qəzetinə rəhbərlik edirdi. Həmin qəzetin fəaliyyəti dayandırıldıqdan sonra «Femida 007» qəzetini yaratmışdı. Həmin qəzetlər, adətən, həftəlik nəşr olunurdu.
Ə.Kərimli, əsasən, hüquq-mühafizə qurumlarının fəaliyyətinin tənqidi ilə tanınırdı.